ABŞ-da II Dünya müharibəsindən qalan təyyarə qəzaya uğrayıb - VİDEO

ABŞ-da II Dünya müharibəsindən qalan təyyarə qəzaya uğrayıb - VİDEO ABŞ-ın Konnektikut ştatının Hartford şəhəri yaxınlığındakı Bradley beynəlxalq hava limanında II Dünya müharibəsindən qalma “Boeing-17” tipli bombardmançı təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
2 oktyabr 2019 16:45
ABŞ-da II Dünya müharibəsindən qalan təyyarə qəzaya uğrayıb - VİDEO

ABŞ-ın Konnektikut ştatının Hartford şəhəri yaxınlığındakı Bradley beynəlxalq hava limanında II Dünya müharibəsindən qalma “Boeing-17” tipli bombardmançı təyyarə qəzaya uğrayıb.

“Report” NBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hava limanının açıqlamasına görə, güclü yanğınla müşayiət olunan qəza yerinə xilasedicilər cəlb olunub, hava limanı bağlanıb.

Qəzanın təyyarənin enişi zamanı baş verdiyi bildirilir.

Orphus sistemi