ABŞ-da dünyanın ən çox yüklənən aeroportunda elektrik enerjisi tam bərpa olunub

ABŞ-da dünyanın ən çox yüklənən aeroportunda elektrik enerjisi tam bərpa olunub Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ-ın Atlanta şəhərində yerləşən dünyanın ən çox yüklənən aeroportunda elektrik enerjisi təchizatı tam şəkildə bərpa edilib.
Digər ölkələr
18 Dekabr , 2017 10:29
ABŞ-da dünyanın ən çox yüklənən aeroportunda elektrik enerjisi tam bərpa olunub
Reuters/ Fikri Yusuf

Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ-ın Atlanta şəhərində yerləşən dünyanın ən çox yüklənən aeroportunda elektrik enerjisi təchizatı tam şəkildə bərpa edilib.

"Report" xəbər verir ki, bu barədə şəhərin meri Kasim Rid "Twitter" səhifəsində yazıb.

Daha əvvəl Atlanta hava limanında elektrik enerjisinin kəsilməsi səbəbi kimi yanğının ola biləcəyi bildirilib. Hadisə nəticəsində hava limanında bütün uçuşlar ləğv olunub.

Qeyd edək ki, Atlantadakı "Hartsfild-Cekson" aeroportu dünyanın ən çox yüklənən hava limanı sayılır. Bu hava limanından hər gün 2,5 min təyyarənin uçuş-enişi reallaşır, 275 min sərnişin istifadə edir.

Son xəbərlər

Orphus sistemi