Yuxarı

ABŞ-da cinayətkarın sürətli avtomobil yolunda yaxalanma anı qeydə alınıb - VİDEO

ABŞ-da cinayətkarın sürətli avtomobil yolunda yaxalanma anı qeydə alınıb - VİDEO
Cani yolda hərəkətdə olan avtomobillərdən birinin üzərinə atılır

Bakı. 9 sentyabr. REPORT.AZ/ İnternetdə Amerikanın Detroyt şəhərində cinayətkarın polis əməkdaşları tərəfindən epik yaxalanma anının vertolyotdan çəkilmiş görüntüləri dərc olunub.

"Report"un xəbərinə görə, videokadrlarda görünür ki, cani hüquq mühafizəçilərindən qaçmaq istəyərkən sürətli avtomobil yoluna çıxır.

O, hansısa məqamda maşınlardan birinin altında qalmaqdan son anda qurtulur və özündə cəsarət taparaq avtomobilin üzərinə atılır. Polislər onu əhatəyə alırlar və asayiş keşikçisi ani vəziyyətdə canini tutaraq yerə salır, cinayətkar yaxalanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi