Yuxarı

ABŞ-da biznes-klass sinfli təyyarə yaşayış evlərinin üzərinə düşüb - VİDEO

ABŞ-da biznes-klass sinfli təyyarə yaşayış evlərinin üzərinə düşüb - VİDEO
Nəticədə bir neçə ev yanıb
© Twitter/ABC

Bakı. 16 may. REPORT.AZ/ ABŞ-ın Nyu-Cersi ştatının Teterboro hava limanı yaxınlığında eniş zamanı kiçik təyyarə qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Bildirilir ki, Filadelfiyadan gələn "Learjet 35" tipli təyyarə (8 nəfərə qədər sərnişin tutumlu) enmə zolağının 400 metrliyində yaşayış evlərinin olduğu əraziyə düşüb. Nəticədə bir neçə ev yanıb.

Təyyarənin göyərtəsində neçə nəfərin olduğu dəqiqləşdirilir. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi