ABŞ-da baş vermiş yanğında 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb

ABŞ-da baş vermiş yanğında 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb Qəza yerinə 5 yanğınsöndürmə briqadası cəlb edilib
Digər ölkələr
4 Dekabr , 2016 02:29
ABŞ-da baş vermiş yanğında 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Bakı. 4 dekabr. REPORT.AZ/ ABŞ-ın Ohayo ştatında baş vermiş yanğında 2-i uşaq olmaqla 4 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "FOX8" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Akron şəhərində, üçmərtəbəli yaşayış binasında baş verib. Qəza yerinə 5 yanğınsöndürmə briqadası cəlb edilib.

Ölənlərdən 2-i 8 və 10 yaşlarında qızlardır. Hadisə zamanı biri 12 yaşlı qız olmaqla daha 2 nəfər xəsarət alıb. Onların həyatını xilas etmək mümkün olduğundan yaralılar xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin səhhəti barəsində heç bir məlumat verilmir.  

Son xəbərlər

Orphus sistemi