ABŞ-da baş verən atışmada azı 6 nəfər öldürülüb, yaralananlar var - VİDEO - FOTO - YENİLƏNİB-2

ABŞ-da baş verən atışmada azı 6 nəfər öldürülüb, yaralananlar var - VİDEO - FOTO - YENİLƏNİB-2 ABŞ-ın Nyu-Cersi ştatının Cersi-Siti şəhərində baş vermiş atışmada 6 nəfər öldürülüb.
Digər ölkələr
11 Dekabr , 2019 02:00
ABŞ-da baş verən atışmada azı 6 nəfər öldürülüb, yaralananlar var - VİDEO - FOTO - YENİLƏNİB-2

ABŞ-ın Nyu-Cersi ştatının Cersi-Siti şəhərində baş vermiş atışmada 6 nəfər öldürülüb.

"Report" xəbər verir ki, bu barədə NBC teleşirkəti məlumat yayıb. 

Hüquq-mühafizə orqanlarındakı mənbənin teleşirkətə verdiyi xəbərə görə, ölənlərdən biri polis əməkdaşıdır. Öldürülən digərləri isə silahlı şəxsin barrikada qurduğu mağazada açdığı atəş nəticəsində  həlak olublar. Məlumata görə, polis əməkdaşları silahlılardan azı ikisini zərərsizləşdirib. 

CNN də öz növbəsində bildirib ki, hadisəni törədən şəxslərdən biri zərərsizləşdirilib. Lakin onun öldürüldüyü və ya yaralandığı dəqiqləşdirilmir. Qeyd edilir ki, atışma zamanı daha bir neçə nəfər yaralanıb.


***01:12

ABŞ-ın Nyu-Cersi ştatının Cersi-Siti şəhərində baş vermiş atışmada 1 polis əməkdaşı öldürülüb.

Bu barədə “Report” “The New York Times”a istinadən xəbər verir.

Bildirilir ki, iki naməlum şəxsin açdığı atəş nəticəsində daha 2 polis əməkdaşı və ətrafdan keçən 1 nəfər yaralanıblar.

NBC xəbər verib ki, silahlılardan birinin gizləndiyi mağazada da ölən var. 

CNN teleşirkəti isə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinad edərək, hadisəni törədən şəxslərdən birinin zərərsizləşdirildiyini xəbər verib. Lakin teleşirkət həmin silahlının öldürüldüyünü və ya zərərsizləşdirildiyini açıqlamayıb.

"Breaking911"in məlumatına görə, atışma zamanı 6 nəfər həlak olub. "FNR FRUM News Report" isə bildirib ki, silahlı hücumun qurbanı 7 nəfər olub. 

Qeyd edilir ki, silahlılardan birinin gizləndiyi kiçik mağazaya videokamera və mikrofonla təchiz edilmiş robot göndərilib. Hadisə yerinə həmçinin Nyu-Yorkdan partlayıcı texnika üzrə komanda üzvləri gətirilib, əraziyə helikopter cəlb edilib. 


***23:27

ABŞ-da atışma olub.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Cersi-siti şəhərində baş verib. Belə ki, qəbristanlıqda iki naməlum şəxs polis əməkdaşlarına atəş açıb. Nəticədə 1 polis əməkdaşı həlak olub, daha 1 asayiş keşikçisi yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, silahlı şəxslər hadisə yerindən qaçıblar. Onlardan biri mağazada barrikada quraraq atəşi davam etdirib. 

Əraziyə fövqəladə orqanların əməkdaşları cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi