ABŞ-da baş vermiş atışmada 1 yeniyetmə ölüb, 5 nəfər yaralanıb

ABŞ-da baş vermiş atışmada 1 yeniyetmə ölüb, 5 nəfər yaralanıb Silahlı toqquşma yeniyetmələrlə naməlum şəxslər arasında baş verib
Digər ölkələr
25 Noyabr , 2017 18:35
ABŞ-da baş vermiş atışmada 1 yeniyetmə ölüb, 5 nəfər yaralanıb

Bakı. 25 noyabr. REPORT.AZ/ ABŞ-ın Klivlend şəhərində atışma olub.

"Report"un məlumatına görə, bu barədə "ABC" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, silahlı toqquşma yeniyetmələrlə naməlum şəxslər arasında baş verib. Atışma zamanı 1 yeniyetmə öldürülüb, daha 5-i yaralanıb. Onlar 12-16 yaşlarındadır.

Polis rəisi Kelvin Uilyams ölmüş yeniyetmənin ailəsinə başsağlığı verib və insidentin araşdırılması üçün ictimaiyyəti köməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi