Yuxarı
    Bağlamaq

    ABŞ-da 25 il məhkum həyatı yaşayan günahsız şəxs 1 milyon dollar təzminat alıb

    Bakı. 17 yanvar. REPORT.AZ/ Qətldə ittiham olunaraq 25 il məhbus həyatı yaşayan ABŞ-ın Detroyt şəhər sakini 1 milyon dollar təzminat alıb.

    "Report" "Assosiated Press"-ə istinadən xəbər verir ki, polisin yanlış məlumatı əsasında həbs edilən şəxs dövlət proqramına əsasən müvafiq məbləğə yiyələnib.

    Ötən il həbsxanadan çıxan Desmond Riks polis əməkdaşlarını güllələrin nümunələrini qəsdən dəyişdirməkdə ittiham edib. Miçiqan ştatının prokuroru D.Riksə təzminatın verilməsini düzgün hesab edib. Sabiq məhbus daha 216 min dollar məbləğin ona çatmalı olduğunu iddia edib.

    51 yaşlı D.Riks aldığı təzminat ilə tikinti sahəsinə aid biznes açmaq və atasız yaşayan oğlan uşaqlarına kömək etmək niyyətində olduğunu açıqlayıb.

    Prokurorluqdan bildiriblər ki, polis əməkdaşlarının yanlış addımlarından çox vaxt keçdiyi üçün onlara qarşı cinayət işinin açılması məqsədəuyğun deyil. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi