ABŞ Çini beynəlxalq asayişin pozulmasında ittiham edib

ABŞ Çini beynəlxalq asayişin pozulmasında ittiham edib Tillerson: "Çin ABŞ və Hindistanın dəstəklədiyi dünya qayda və normalarına meydan oxuyur"
Digər ölkələr
19 Oktyabr , 2017 01:39
ABŞ Çini beynəlxalq asayişin pozulmasında ittiham edib

Bakı. 19 oktyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Reks Tillerson Çini Cənubi Çin dənizində təxribatçı hərəkətlərdə və beynəlxalq asayişi pozmaqda ittiham edib.

“Report”un məlumatına görə, Tillersonun bəyanatında vurğulanır ki, Çin ABŞ və Hindistanın dəstəklədiyi dünya qayda və normalarına meydan oxuyur.

RİA "Novosti"nin məlumatına görə, Pekin artıq bir neçə on ildir ki, bəzi Asiya-Sakit okean regionu ilə Cənubi Çin dənizində bir sıra adaların mənsubluğu ilə bağlı mübahisə aparır. Həmin ərazilərdə enerji ehtiyatları mənbələri aşkar olunub.

Son xəbərlər

Orphus sistemi