ABŞ BMT Təhlükəsizlik Şurasını növbədənkənar iclasa çağırıb

ABŞ BMT Təhlükəsizlik Şurasını növbədənkənar iclasa çağırıb Buna səbəb İranın ballistik raketləri sınaqdan keçirməsidir
Digər ölkələr
12 Mart , 2016 07:51
ABŞ BMT Təhlükəsizlik Şurasını növbədənkənar iclasa çağırıb

Bakı. 12 mart. REPORT.AZ/ Martın 14-də ABŞ BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırıb. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer bildirib ki, buna səbəb İranın ballistik raketləri sınaqdan keçirməsidir.

“İran rəsmiləri raketlərin bilavasitə İsrailə istiqamətləndiyini bəyan ediblər. Ən yaxın müttəfiqimizə qarşı səsləndirilən təhdidlərə qarşı səssiz qala birmərik. Tehranın bu addımını təxribat və sabitliyə zidd mövqe kimi qiymətləndiririk”, - deyə Pauer bildirib.

Son xəbərlər

Orphus sistemi