ABŞ bayram günlərində Barselonada terror hücumlarının gözlənildiyi barədə xəbərdarlıq edib

ABŞ bayram günlərində Barselonada terror hücumlarının gözlənildiyi barədə xəbərdarlıq edib Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamenti amerikalıları İspaniyanın Barselona şəhərində, xüsusilə Ramblas bulvarında keçiriləcək Yeni il şənlikləri zamanı terror hücumlarının gözlənildiyi barədə xəbardar edib.
Digər ölkələr
24 Dekabr , 2018 08:27
ABŞ bayram günlərində Barselonada terror hücumlarının gözlənildiyi barədə xəbərdarlıq edib

Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamenti amerikalıları İspaniyanın Barselona şəhərində, xüsusilə Ramblas bulvarında keçiriləcək Yeni il şənlikləri zamanı terror hücumlarının gözlənildiyi barədə xəbardar edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumat idarənin "Twitter" səhifəsində dərc olunub.

"Terrorçular, turizm obyektləri, nəqliyyat mərkəzləri və digər ictimai yerləri hədəfə alaraq, demək olar ki, xəbərdarlıqsız hücum edə bilərlər", — deyə məlumatda qeyd olunub.

Bundan əvvəl Almaniyanın hava limanlarında terror təhlükəsinin olması barədə xəbərdarlıq edilmişdi.

Son xəbərlər

Orphus sistemi