Yuxarı

ABŞ Aralıq dənizindən İŞİD-in mövqelərinə zərbə endirib - VİDEO

Vaşinqton zərbə qrupunu dənizin şərq hissəsinə yerləşdirib
© Youtube

Bakı. 7 iyun. REPORT.AZ/ Birləşmiş Ştatlar Aralıq dənizinin şərq hissəsinə yerləşdirdiyi gəmilərdən İŞİD terror qruplaşmasının mövqelərinə silsilə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) mətbuat xidməti məlumat yayıb.

"İyunun 6-dan "Corc Buş" aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu "Sarsılmaz qətiyyət" əməliyyatı çərçivəsində Aralıq dənizindən zərbələri bərpa edib", - deyə məlumatda qeyd olunur.

Bildirilir ki, zərbə qrupu iyunun 5-də "Sarsılmaz qətiyyət"ə dəstək əməliyyatı həyata keçirdikdən sonra və ABŞ HDQ-nin 5-ci donanmasının tərkibində dənizdə təhlükəsizliyi təmin etmək üçün Aralıq dənizinə daxil olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi