12 dövlətin rəsmisi Trans-Sakit Okean Tərəfdaşlığı üzrə saziş imzalayıb

12 dövlətin rəsmisi Trans-Sakit Okean Tərəfdaşlığı üzrə saziş imzalayıb Razılaşma 12 iştirakçı ölkənin ticarət nazirləri tərəfindən imzalandıqdan sonra müvafiq ratifikasiya prosesi başlanacaq
Digər ölkələr
4 Fevral , 2016 07:30
12 dövlətin rəsmisi Trans-Sakit Okean Tərəfdaşlığı üzrə saziş imzalayıb

Bakı. 4 fevral. REPORT.AZ/ Yeni regional iqtisadi birlik olan Trans –Sakit okean Tərəfdaşlığı üzrə razılaşma iştirakçı ölkələr tərəfindən fevralın 4-də Oklenddə imzalanıb. Bu barədə "Report" "BBC"yə istinadən xəbər verir.

Razılaşma 12 iştirakçı ölkənin ticarət nazirləri tərəfindən imzalandıqdan sonra müvafiq ratifikasiya prosesi başlanacaq. Buna təqribən 2 il vaxt sərf olunacaq və sonra müqavilə qüvvəyə minəcək.

Trans-Sakit okean Tərəfdaşlığı Asiya-Sakit okean regionunda ticarətə və xidmətə gömrük rüsumlarının tamamilə ləğvini nəzərdə tutan ticarət paktıdır. Razılaşmada 12 ölkə - Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Yaponiya iştirak edirlər.

Yeni ticarət paktı barədə razılaşma ötən ilin oktyabrında ABŞ-ın Atlanta şəhərində aparılmış danışıqlar nəticəsində əldə edilib. Razılaşmaya iştirakçı ölkələr arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün aparılmış uzunmüddətli müzakirələrdən sonra nail olunub.

Bu, əsasən kənd təsərrüfatı məhsullarının, avtomobil hissələrinin, dərmanların ixracı və idxalı, həmçinin əqli mülkiyyət sahələrində qaydalarla əlaqədar idi. Bundan sonra bir sıra ölkələr, o cümlədən Banqladeş, Hindistan, İndoneziya, Kolumbiya, Laos, Koreya Respublikası, Tailand, Filippin də TPP-yə maraq göstərməyə başlayıblar.

Son xəbərlər

Orphus sistemi