Yuxarı

12 dövlətin rəsmisi Trans-Sakit Okean Tərəfdaşlığı üzrə saziş imzalayıb

Razılaşma 12 iştirakçı ölkənin ticarət nazirləri tərəfindən imzalandıqdan sonra müvafiq ratifikasiya prosesi başlanacaq

Bakı. 4 fevral. REPORT.AZ/ Yeni regional iqtisadi birlik olan Trans –Sakit okean Tərəfdaşlığı üzrə razılaşma iştirakçı ölkələr tərəfindən fevralın 4-də Oklenddə imzalanıb. Bu barədə "Report" "BBC"yə istinadən xəbər verir.

Razılaşma 12 iştirakçı ölkənin ticarət nazirləri tərəfindən imzalandıqdan sonra müvafiq ratifikasiya prosesi başlanacaq. Buna təqribən 2 il vaxt sərf olunacaq və sonra müqavilə qüvvəyə minəcək.

Trans-Sakit okean Tərəfdaşlığı Asiya-Sakit okean regionunda ticarətə və xidmətə gömrük rüsumlarının tamamilə ləğvini nəzərdə tutan ticarət paktıdır. Razılaşmada 12 ölkə - Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Yaponiya iştirak edirlər.

Yeni ticarət paktı barədə razılaşma ötən ilin oktyabrında ABŞ-ın Atlanta şəhərində aparılmış danışıqlar nəticəsində əldə edilib. Razılaşmaya iştirakçı ölkələr arasında fikir ayrılıqlarının aradan qaldırılması üçün aparılmış uzunmüddətli müzakirələrdən sonra nail olunub.

Bu, əsasən kənd təsərrüfatı məhsullarının, avtomobil hissələrinin, dərmanların ixracı və idxalı, həmçinin əqli mülkiyyət sahələrində qaydalarla əlaqədar idi. Bundan sonra bir sıra ölkələr, o cümlədən Banqladeş, Hindistan, İndoneziya, Kolumbiya, Laos, Koreya Respublikası, Tailand, Filippin də TPP-yə maraq göstərməyə başlayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi