“Argentina və Portuqaliya dünya çempionatının finalında qarşılaşsa, əsl tamaşa olar”.
Bunu “Report”a müsahibəsində “Sabah”ın bosniya və herseqovinalı futbolçusu Boyan Letiç Qətərdə keçirilən dünya çempionatı ilə bağlı danışarkən deyib.
29 yaşlı sol cinah oyunçusu mundialda azarkeşlik elədiyi komandaların adlarını açıqlayıb. O, Argentina və Portuqaliyanın həlledici matça qədər irəliləməsini arzulayır: “Lionel Messi və Kriştianu Ronalduya görə Argentina və ya Portuqaliya millisinin dünya çempionu olmasını istərdim. Çünki bu, onlar üçün sonuncu dünya çempionatıdır”.
Əslən Serbiyadan olan Letiç bu ölkənin yığmasının DÇ-2022-nin G qrupunda 1 xalla sonuncu yeri tutaraq turnirlə vidalaşmasına da münasibət bildirib: “Dünya çempionatı kimi mötəbər turnirdə yüksək səviyyədə ağıllı, ehtiyatlı, nəticəyə hesablanmış futbol oynamaq lazımdır. Müdafiə xəttində buraxılan səhvlər Serbiya millisinə baha başa gəldi”.
Boyan Letiçin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.