Paulo Dibala DÇ-2022-ni buraxa bilər

Paulo Dibala DÇ-2022-ni buraxa bilər 48-ci dəqiqədə qələbə qoluna imza atan forvard iki dəqiqə sonra əvəzlənib
Dünya Çempionatı - 2022
10 Oktyabr , 2022 09:08
Paulo Dibala DÇ-2022-ni buraxa bilər

İtaliyanın "Roma" klubunda çıxış edən Argentina millisinin futbolçusu Paulo Dibala bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.

"Report"un məlumatına görə, 29 yaşlı hücumçu A Seriyasının IX turunda "Leççe"ni 2:1 hesabı ilə məğlub etdikləri görüşdə sırada çıxıb.

48-ci dəqiqədə qələbə qoluna imza atan forvard iki dəqiqə sonra əvəzlənib.

"Canavarlar"ın baş məşqçisi Joze Mourinyo görüşdən sonra mətbuat konfransında bildirib ki, Dibalanın zədəsinin ağır olma ehtimalı yüksəkdir: "Zədə çox ciddi görünür. Mən deyərdim ki, hər şey pisdir. Amma onunla danışandan sonra dəqiq nəsə söyləyə bilərəm. Düşünürəm ki, hər şey çox pisdir".

Qeyd edək ki, Paulo Dibala "Roma"nın heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, 7 qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb. DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi