Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFSH) Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı ərəfəsində daha bir maraqlı araşdırma paylaşıb.
“Report” IFFHS-in saytına istinadən xəbər verir ki, bu dəfə mundialların final mərhələrində bir çempionatda ən çox qola təsir edən futbolçuların adları açıqlanıb.
Bu siyahıda ilk iki pilləni Braziliya yığmasının keçmiş hücumçusu Ademir və sabiq fransalı Jyust Fonten tutur. Onların hər ikisi bir çempionatda 15 qola təsir ediblər.
Ademir Braziliya yığmasının DÇ-1950-də gümüş medal qazanmasında 6 qol və 9 məhsuldar ötürmə ilə pay sahibi olub.
Jyust Fonten isə Fransanın DÇ-1958-dəki üçüncülüyünə 13 qol və 2 məhsuldar ötürmə ilə töhvə verib.
Futbolçu |
Ölkəsi |
DÇ |
Qol |
Ötürmə |
Ümumi |
|
1 |
Ademir |
Braziliya |
1950 |
9 |
6 |
15 |
Jyust Fonten |
Fransa |
1958 |
13 |
2 |
15 |
|
3 |
Sandor Kocsiş |
Macarıstan |
1954 |
11 |
2 |
13 |
Gerd Müller |
Almaniya |
1970 |
10 |
3 |
13 |
|
5 |
Raymond Kopa |
Fransa |
1958 |
3 |
9 |
12 |