Kapitan kimi dünya çempionatlarında ən çox iştirak etmiş futbolçular
Dünya Çempionatı - 2022
- 06 noyabr, 2022
- 08:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı ərəfəsində daha bir maraqlı araşdırma paylaşıb.
“Report” IFFHS-in saytına istinadən xəbər verir ki, bu dəfə mundiallarda kapitan kimi ən çox çıxış etmiş oyunçular açıqlanıb.
Meksika yığmasının sabiq üzvü Rafael Markes ilk sırada qərarlaşıb. 43 yaşlı keçmiş müdafiəçi 2002, 2006, 2010, 2014 və 2018-ci illərdəki yarışlarda kapitanlıq sarğısını taxıb.
Siyahıdakı digər 11 oyunçu 3 dəfə buna müvəffəq olub. Argentina yığmasından Lionel Messi, Portuqaliya millisindən isə Kriştianu Ronaldu DÇ-2022-də həmin futbolçuları geridə qoya bilər.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.
| Rafael Markes | Meksika | 5 | 2002, 2006, 2010, 2014, 2018 |
| Billi Rayt | İngiltərə | 3 | 1950, 1954, 1958 |
| Ladislav Novák | Çexoslovakiya | 3 | 1954, 1958, 1962 |
| Byorn Nurdkvist | İsveç | 3 | 1970, 1974, 1978 |
| Dieqo Maradona | Argentina | 3 | 1986, 1990, 1994 |
| Karlos Valderrama | Kolumbiya | 3 | 1990, 1994, 1998 |
| Paolo Maldini | İtaliya | 3 | 1994, 1998, 2002 |
| Didye Droqba | Fil Dişi Sahili | 3 | 2006, 2010, 2014 |
| İker Kasilyas | İspaniya | 3 | 2006, 2010, 2014 |
| Makoto Hasebe | Yaponiya | 3 | 2010, 2014, 2018 |
| Lionel Messi | Argentina | 3 | 2010, 2014, 2018 |
| Kriştianu Ronaldu | Portuqaliya | 3 | 2010, 2014, 2018 |
Son xəbərlər
11:08
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Hadisə
11:01
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Xarici siyasət
11:00
Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir - Faktiki hava
Ekologiya
10:57
Rəsmi Bakı: Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlığa böyük önəm verir
Xarici siyasət
10:52
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb
Digər ölkələr
10:31
Foto
Video
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib
Komanda
10:21
Ər-Riyada yönələn ballistik raket vurulub
Digər ölkələr
10:16
Dünya çempionatı: Azərbaycan güləşçilərindən üçü mübarizəyə başlayır, ikisi final görüşünə çıxacaq
Komanda
10:14
Foto
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
Komanda