Dünya çempionatlarının final mərhələlərində vurulmuş ən erkən qollar bəlli olub.
"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Türkiyə millisinin sabiq hücumçusu Hakan Şükür qərarlaşıb.
DÇ-2002-nin üçüncülük matçında Cənubi Koreya ilə oyunda fərqlənən forvard bunu 11-ci saniyədə bacarıb.
İkinci pillənin sahibi isə keçmiş Çexoslovakiya yığmasının oyunçusu Vatslav Maşekdir. O, DÇ-1962-nin Meksika ilə oyununda 16-cı saniyədə qol sevinci yaşayıb.
İlk üçlüyü Almaniya millisindən Ernst Lehner qapayıb. DÇ-1934-ün Avstriya ilə matçında qol vuran Lehner 25-ci saniyədə azarkeşləri sevindirib.
Meydana əvəzetmədən daxil olduqdan sonra ən tez qol vuran oyunçu isə Ebbe Sanddır. Danimarka millisinin hücumçusu DÇ-1998-in Nigeriya ilə matçında meydana çıxdıqdan 16 saniya sonra rəqibi məyus edib.
Oyunçu |
Ölkə |
Vaxt |
Tarix |
Oyun |
|
1 |
Hakan Şükür |
Türkiyə |
00:11 |
29/06/2002 |
Cənubi Koreya 3-2 |
2 |
Vatslav Maşek |
Çexoslovakiya |
00:16 |
06/06/1962 |
Meksika 1-3 |
3 |
Ernst Lehner |
Almaniya |
00:25 |
07/06/1934 |
Avstriya 3-2 |
4 |
Brayan Robson |
İngiltərə |
00:27 |
16/06/1982 |
Fransa 3-1 |
5 |
Klint Dempsi |
ABŞ |
00:29 |
16/06/2014 |
Qana 2-1 |
6 |
Emil Vaynant |
Fransa |
00:35 |
05/06/1938 |
Belçika 3-1 |
Arne Niberg |
İsveç |
00:35 |
16/06/1938 |
Macarıstan 1-5 |
|
8 |
Bernar Lakombe |
Fransa |
00:37 |
02/06/1978 |
İtaliya 1-2 |
9 |
Adalbert Deșu |
Rumıniya |
00:50 |
14/07/1930 |
Peru 3-1 |
Florian Albert |
Macarıstan |
00:50 |
03/06/1962 |
Bolqarıstan 6-1 |
|
11 |
Selso Ayala |
Paraqvay |
00:53 |
24/06/1998 |
Nigeriya 3-1 |
12 |
Matias Yorgensen |
Danimarka |
00:57 |
01/07/2018 |
Xorvatiya 1-1 |
13 |
Pak Sun-zin |
Şimali Koreya |
00:59 |
23/07/1966 |
Portuqaliya 3-5 |