Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, yarımfinala son vəsiqənin sahibi Fransa millisi olub. "Xoruzlar" 1/4 finalda İngiltərə yığmasını mübarizədən kənarlaşdırıb - 2:1.
Hesabı 17-ci dəqiqədə fransızlardan Orelyen Çuameni açıb. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Harri Keyn tarazlığı bərpa edib. 78-ci dəqiqədə Olivye Jiru Fransa millisini yenidən hesabda önə keçirib. 84-cü dəqiqədə ingilislər yenə penalti vurmaq hüququ qazanıblar. Lakin topa yaxınlaşan Keyn bu dəfə hədəfdən yayınıb.
Beləliklə, Fransa yığması qələbə sayəsində finala gedən yolda Mərakeş seçməsinə rəqib olub.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları dekabrın 13-ü və 14-də keçiriləcək. Yarımfinalın digər oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər.
Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda hesaab dəyişib.
"Report"un məlumatına görə, 78-ci dəqiqədə Olivye Jiru "xoruzlar"ı yenidən hesabda önə çıxarıb - 2:1.
Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda 2-ci qiol vurulub.
"Report"un məlumatına görə, 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Böyük Britaniya təmsilçisinin kapitanı Harri Keyn hesabı bərabərləşdirib.
Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, ilk yarıdan sonra Böyük Britaniya təmsilçisi rəqibinə uduzur - 0:1.
Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, "xoruzlar" fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 17-ci dəqiqədə Orelyen Çuameni vurub.
Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyununda hesab açılıb.
"Report"un məlumatına görə, 17-ci dəqiqədə fərqlənən Orelyen Çuameni "xoruzlar"ı önə keçirib.
Qətərdə keçirilən dünya çempionatında İngiltərə və Fransa yığmaları arasında 1/4 finalın son oyunu başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Qətərdə keçirilən dünya çempionatının 1/4 final oyununda üz-üzə gələcək İngiltərə və Fransa yığmalarının start heyətləri açıqlanıb.
"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
İngiltərə: Cordan Pikford, Kayl Uolker, Luk Şou, Deklan Rayz, Con Stounz, Harri Maquayr, Cordan Henderson, Harri Keyn (K), Bukayo Saka, Fil Foden, Cud Bellingem
Fransa: Uqo Loris (K), Jül Kunde, Dayo Upamekano, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.