DÇ-2022: Braziliya Serbiyaya qalib gəlib

DÇ-2022: Braziliya Serbiyaya qalib gəlib Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunda üz-üzə gələcək Braziliya və Serbiya milli komandalarının start heyətləri açıqlanıb.
Dünya Çempionatı - 2022
25 Noyabr , 2022 00:55
DÇ-2022: Braziliya Serbiyaya qalib gəlib

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçı başa çatıb.

“Report”un məlumatına görə, qarşılaşma braziliyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 62 və 73-cü dəqiqələrdə Riçarlison vurub.

Bu qələbə ilə ilk 3 xalını qazanan Braziliya millisi top fərqi ilə qrupda birinci pilləni ələ keçirib. İkinci İsveçrənin də 3 xalı var. Kamerun və Serbiya isə xalsızdır.

Bununla da mundialda bütün qruplarda ilk tura yekun vurulub.

00:32

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçında hesab dəyişib. 

"Report"un məlumatına görə, qarşılaşmanın 73-cü dəqiqəsində Riçarlison özünün və komandasının ikinci qolunu vurub. 

00:22

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçında hesab açılıb. 

"Report"un məlumatına görə, qarşılaşmanın 62-ci dəqiqəsində Riçarlison Braziliyanı hesabda önə çıxarıb. 

00:04

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçında ikinci hissə başlayıb. 

"Report"un məlumatına görə, ilk hissədə hesab açılmayıb. 

23:46

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçında ilk hissə başa çatıb. 

"Report"un məlumatına görə, ilk hissədə hesab açılmayıb. 

23:01

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçı start götürüb. 

"Report"un məlumatına görə, oyun saat 23:00-da başlayıb. 

22:14

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda üz-üzə gələcək Braziliya və Serbiya milli komandalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq:

Braziliya: 1. Alisson Bekker, 2. Danilo, 3. Tyaqo Silva, 4. Markinyos, 5. Kazemiro, 6. Aleks Sandro, 7. Lukas Paketa, 9. Riçarlison, 10. Neymar, 11. Rafinya, 20. Vinisius Junior

Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 4. Nikola Milenkoviç, 5. Miloş Velikoviç, 8. Nemanya Qudeli, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç, 14. Andriya Jivkoviç, 16. Saşa Lukiç, 20. Sergey Milinkoviç-Saviç, 25. Filip Mladenoviç

Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi