Braziliya millisi dünya çempionatları tarixində yeni rekorda imza atıb.
"Report"un Opta-ya istinadən məlumatına görə, yığmanın baş məşqçisi Tite mundial üçün Qətərə gətirdiyi 26 futbolçunun hər birinə Cənubi Koreyaya qarşı keçirdikləri 1/8 final matçında şans verib.
Bununla da "sambaçılar"ın 26 üzvü DÇ-2022-də meydana çıxıb. Bu, hələlik mundiallar tarixində ilk belə hadisədir.
Qeyd edək ki, Cənubi Koreya yığmasına 4:1 hesabı ilə qalib gələn "pentakampeonlar" 1/4 finalda Xorvatiyaya rəqib olub.