Zelenski türkiyəli nazirlər və Krım tatarı əsgərlərlə birgə iftar məclisində iştirak edib

Zelenski türkiyəli nazirlər və Krım tatarı əsgərlərlə birgə iftar məclisində iştirak edib Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin ticarət naziri Ömer Bolat və kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, habelə müsəlman olan ukraynalı əsgərlərlə birgə iftar məclisində iştirak edib.
Din
14 mart 2025 05:44
Zelenski türkiyəli nazirlər və Krım tatarı əsgərlərlə birgə iftar məclisində iştirak edib

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin ticarət naziri Ömer Bolat və kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, habelə müsəlman olan ukraynalı əsgərlərlə birgə iftar məclisində iştirak edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

“Ukrayna Prezidenti Volodimir Zelenski islam dininə etiqad edən ukraynalı əsgərlər, Krım-tatar xalqının Məclisinin başçıları, müsəlman icmasının nümayəndələri və din xadimləri, xarici diplomatik missiyaların başçıları, Türkiyənin ticarət və kənd təsərrüfatı və meşə təsərrüfatı nazirləri Ömər Bolat və İbrahim Yumaklı ilə birlikdə Ramazan ayı münasibətilə təşkil olunmuş iftar süfrəsinə qatılıb”, – mətbuat xidməti qeyd edib.

İftar iştirakçıları Rusiyanın hücumu nəticəsində dağıdılmış məscid və dini mərkəzlərə həsr olunmuş rəsm sərgisinə baxıblar.

Məclis ötən ilin sentyabrında Rusiya dronunun hücumu nəticəsində zədələnmiş binada baş tutub.

Orphus sistemi