Zaqatalada Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edən treninq keçirilib

Zaqatalada Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edən treninq keçirilib Seminar-treninqlərdə həmçinin dini icma nümayəndələrini maraqlandıran bir sıra suallara cavab verilib
Din
25 Avqust , 2014 15:43
Zaqatalada Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edən treninq keçirilib
Bakı. 25 avqust. REPORT.AZ/ Zaqatalada Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edən seminar-treninq keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Report-a verilən məlumata görə, DQİDK-nın, İƏT Gənclər Forumu, Milli Tolerantlıq Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və rayon ziyalılarının iştirakı ilə keçirilən seminar-treninqdə çıxışlarda Azərbaycanın tolerantlıq ənənələri, dinlərarası münasibətlərdən danışılıb.

Eyni zamanda, şimal-qərb bölgəsinin həssas rayonlarından olan Zaqatalada bu ənənələrin yaşadılmasının əhəmiyyəti qeyd edilib.

Bildirilib ki, dini maarifləndirmə sahəsinə daha diqqətlə yanaşılmalı, gəncləri qeyri-ənənvi və radikal cərəyanların təsirinə düşməkdən qorumaq məqsədilə İslam dininin düzgün çatdırılmasına din xadimləri xüsusi əhəmiyyət verməlidirlər.

Seminar-treninqlərdə həmçinin dini icma nümayəndələrini maraqlandıran bir sıra suallara cavab verilib.

Son xəbərlər

Orphus sistemi