USCİRF-in hesabatında Azərbaycanla bağlı məlumat dərc olunub

USCİRF-in hesabatında Azərbaycanla bağlı məlumat dərc olunub ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının (USCİRF) növbəti illik hesabatında Azərbaycanla bağlı məlumat dərc olunub.
Din
29 Aprel , 2020 17:43
USCİRF-in hesabatında Azərbaycanla bağlı məlumat dərc olunub

ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının (USCİRF) növbəti illik hesabatında Azərbaycanla bağlı məlumat dərc olunub.

“Report”un xəbərinə görə, sənəddə dini azadlıqların qorunması sahəsində Azərbaycanın qonşu ölkələrdən daha çox nailiyyətlər əldə etdiyi qeyd olunub.

Bununla yanaşı, ötən illərdə olduğu kimi, bu il də hesabatın Azərbaycana dair hissəsində bəzi qeyri-obyektiv və həqiqəti əks etdirməyən məqamlar öz əksini tapıb.

Ötən il də olduğu kimi Komissiyanın 9 üzvündən biri Coni Mur (Johnnie Moore) qərəzli yanaşma ilə razılaşmayaraq öz xüsusi rəyini açıqlayıb və bu mövqe hesabata daxil edilib.

Coni Mur Azərbaycanın bu hesabata daxil edilməsini düzgün hesab etməyib. O, Azərbaycanda sünni və şiə məzhəbinə aid nümayəndələrin birlikdə ibadət etdiklərini, Evangelist və Rus Ortadoks nümayəndələrinin birlikdə xidmət etdiklərini və yəhudi icmasının tam azad və təhlükəsiz şəraitdə yaşadığını qeyd edib. Həmçinin C.Mur Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, hindu liderlərinin Azərbaycanda qonaq edildiklərini, İranla həmsərhəd olan Azərbaycanın əhalisinin əksəriyyətinin şiə olmasına baxmayaraq İsraillə ictimai və diplomatik əlaqələrinin olmasını xüsusi qeyd edib. C.Mur hesab edir ki, dini etiqad azadlığına malik icmalar dövlətin zorakılıq, dini ekstremizim və milli təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalı və özbaşnalığa yol verməməlidir. Sonda o, Ermənistanla Azərbaycan arasında sülhün tezliklə əldə olunmasının zəruriliyini qeyd edib.

C.Murun sözügedən prinsipial və obyektiv mövqeyi USCİRF-in illik hesabatının əlavəsi kimi dərc edilib.

Son xəbərlər

Orphus sistemi