Ümrə ziyarətində olan 26 nəfərlik qrup bazar günü Azərbaycana qayıdacaq
Din
- 21 aprel, 2017
- 12:37
Bakı. 21 aprel. REPORT.AZ/ Hazırda Səudiyyə Ərəbistanında Ümrə ziyarətində olan 26 nəfərlik qrup aprelin 23-ü - bazar günü Azərbaycana qayıdacaq.
Bunu "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev bildirib.
Onun sözlərinə görə, Ümrə ziyarətinə növbəti qrup Ramazan ayının 15-dən, miladi təqvimlə iyunun 10-dan sonra gedəcək: "Ümrə ziyarətinə daha bir qrup Ramazanda, ayın 15-dən sonra gedəcək. Ramazan bayramından sonra Ümrə ziyarəti artıq yekunlaşır. Çünki bundan sonra Həcc ziyarəti üçün hazırlıqlar aparılır".
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 27-də başlayacaq. İyunun 26-da isə Ramazan bayramı qeyd olunacaq.
Son xəbərlər
01:16
"Barselona" "Atletik"i məğlub edərək İspaniya Superkubokunun finalına çıxıb
Futbol01:07
Video
Qərbi Azərbaycan Xronikası: Hay kimliyi və "Erməni məsələsi"nin 200 illik kökü
Daxili siyasət00:58
Ağ Ev: Tramp komandası ilə Qrenlandiyanın satın alınmasını müzakirə edir
Digər ölkələr00:30
Hələbdə toqquşmalar zamanı beş nəfər ölüb, 30-dan çox insan xəsarət alıb
Digər ölkələr00:17
Füzuli və Cəbrayıl rayonlarında yanğınlar qeydə alınıb
Hadisə23:57
"Karvan" musiqi qrupunun təsisçisi Sevinc Kərimova vəfat edib
İncəsənət23:45
Ursula fon der Lyayen: Qanun gücdən üstündür, bu, Qrenlandiyaya da aiddir
Digər ölkələr23:32
Salyanda yol qəzasında xəsarət alanların son durumları açıqlanıb - YENİLƏNİB
Hadisə23:25
Foto