Bakı. 26 may. REPORT.AZ/ Azərbaycanın
"Report"un məlumatına görə, Dövlət Komitəsi işçilərinin sayı iki dəfəyədək artırılıb. Komitədə iki yeni şöbə yaradılıb. Bunlardan biri Dini marifləndirmə, digəri isə İctimaiyyətlə əlaqələr və informasiya şöbəsidir. Bundan başqa, Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin səlahiyyətləri qismən azaldılıb və şöbənin adı da dəyişdirilib. Bundan sonra Komitənin həmin bölməsi Dinşünaslıq ekspertizası şöbəsi adlandırılacaq.
Komitə sədri Mübariz Qurbanlının köməkçisi Amil Cavadov Komitədə yeni yaradılan İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinə rəhbərlik edəcək.