Şimal bölgəsində radikallıqla mübarizə müzakirə olunub  

Şimal bölgəsində radikallıqla mübarizə müzakirə olunub   Sentyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılılğı ilə “Radikallıqla mübarizə: təbliğat, təşviqat və maarifləndirmə” adlı video-müşavirə keçirilib.
Din
11 Sentyabr , 2020 17:31
Şimal bölgəsində radikallıqla mübarizə müzakirə olunub  

Sentyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Radikallıqla mübarizə: təbliğat, təşviqat və maarifləndirmə” adlı videomüşavirə keçirilib. 

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, müşavirədə Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının icra hakimiyyətləri başçısı aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbələrinin müdir müavinləri – dini qurumlarla işin təşkilatçıları, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri və şöbənin əməkdaşları iştirak ediblər.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, hazırkı pandemiya dövründə radikallıqla mübarizə sahəsində müəyyən işlər həyata keçirilib. Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov çıxışında qeyd edib ki, Quba rayonunda vətəndaşların, xüsusilə də gənclərin, məktəblilərin xalqımızın milli-mənəvi dəyərlərinə zidd olan yad dini ideologiyaların təsiri altına düşmələrinin qarşısının alınmasının ən mühüm metodlarından biri olan dini maarifləndirmə işinə müntəzəm diqqət yetirilməkdədir.

Digər natiqlər də mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi