Səid Əhməd Xan: “İslamofobiya müxtəlif ölkələrdə fərqli formalarda təzahür edir”

Səid Əhməd Xan: “İslamofobiya müxtəlif ölkələrdə fərqli formalarda təzahür edir” “Bəzi siyasətçilərin müsəlman ölkələri ilə əməkdaşlıq pərdəsi altında islamofobiya gizlənə bilər”.
Din
15 Mart , 2023 12:23
Səid Əhməd Xan: “İslamofobiya müxtəlif ölkələrdə fərqli formalarda təzahür edir”

“Bəzi siyasətçilərin müsəlman ölkələri ilə əməkdaşlıq pərdəsi altında islamofobiya gizlənə bilər”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Ueyn Universitetinin Yaxın Şərq və Qlobal Araşdırmalar kafedrasının dosenti Səid Əhməd Xan Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, məişət və siyasi səviyyədə olmaqla islamofobiyanın müxtəlif növləri var.

“Bəzən insanlar müsəlman ölkələri ilə əməkdaşlığı islamofobiyanın olmamasının əlaməti kimi əsaslandıra bilərlər”, - Səid Əhməd Xan deyib. Onun sözlərinə görə, islamofobiya müxtəlif ölkələrdə fərqli formalarda təzahür edir.

Ueyn Universitetinin dosenti həmçinin Kanadanın Kvebek əyalətində və Yeni Zelandiyada məscidlərə edilən hücumları xatırladıb.

Son xəbərlər

Orphus sistemi