Sabah Azərbaycandan 360 zəvvar Məkkəyə yola düşəcək
Din
- 23 avqust, 2017
- 08:32
Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycandan Həcc ziyarətinə ilk gün-avqustun 24-də 360 nəfər zəvvar gedəcək.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) "Report"a verilən məlumata görə, ilk zəvvar qafiləsi sabah 06:10-da yola düşəcək.
Zəvvarları aparacaq ikinci təyyarə reysi isə 07:30-da havaya qalxacaq.
Qalan zəvvarlar isə müvafiq olaraq avqustun 25-i və 26-ı tarixlərində Səudiyyə Ərəbistanına yola düşəcək.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək. Hacı namizədlərinin 60 faizi kişilərdir. Zəvvarların ən yaşlısı 86 yaşlı qadın, ən gənci isə 17 yaşlı oğlandır.
Ziyarət üçün 3850 dollar müəyyənləşdirilib.
Həcc ziyarətinə təkrar gedənlər Səudiyyə Ərəbistanı hökumətinə 535-550 dollar arasında əlavə vergi ödəməli olub.
Son xəbərlər
04:08
NATO-nun şərq cinahı ölkələri alyans xərclərinin azaldılmasında ABŞ-yə kömək etmək niyyətindədir
Digər ölkələr03:55
Tramp Hörmüz boğazını Amerika ərazisi adlandırıb
Digər ölkələr03:24
ABŞ ilə Meksika yeni ticarət razılaşması üzərində işləməyə başlayıb
Digər ölkələr02:36
Rusiyanın Krivoy Roqa hücumunda ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB-4
Digər ölkələr02:30
Rusiya Kiyevə zərbələr endirməyə başlayıb
Digər ölkələr02:19
Almaniya təqribən 12 milyard avro dəyərində uzaqmənzilli silah almaq niyyətindədir
Digər ölkələr01:45
Tramp İranın "yaxşı razılaşma"ya hazır olmadığını bildirib
Digər ölkələr01:12
Liviyada silah anbarında güclü partlayış baş verib
Digər ölkələr00:47