Rus Pravoslav Kilsəsi: "Azərbaycan və Ermənistanın dini liderləri arasında dialoqu təşviq etməyə hazırıq"

Rus Pravoslav Kilsəsi: "Azərbaycan və Ermənistanın dini liderləri arasında dialoqu təşviq etməyə hazırıq" “Rus Pravoslav Kilsəsi Ermənistan və Azərbaycanın dini liderləri arasında dialoqun qurulması istiqamətində səylərini davam etdirməyə hazırdır”.
Din
17 Sentyabr , 2022 10:32
Rus Pravoslav Kilsəsi: Azərbaycan və Ermənistanın dini liderləri arasında dialoqu təşviq etməyə hazırıq

“Rus Pravoslav Kilsəsi Ermənistan və Azərbaycanın dini liderləri arasında dialoqun qurulması istiqamətində səylərini davam etdirməyə hazırdır”.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Moskva Patriarxlığının Xarici Əlaqələr Departamentinin sədri Volokolamsk mitropoliti Antoni (Sevryuk) bildirib.

“Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdük. Departamentə sədr təyin olunmağımı nəzərə alaraq, digər məsələlərlə yanaşı, birlikdə nə edə biləcəyimiz barədə müzakirələr apardıq. Vurğuladım ki, Rus Pravoslav Kilsəsi münaqişə tərəfləri arasında dialoqun qurulmasında iştirak etməyə, Azərbaycan və Ermənistanın dini liderləri ilə birlikdə vəziyyətin dinc məcraya qayıtmasını təmin etmək üçün səylər göstərməyə hazırdır”, - o deyib.

Son xəbərlər

Orphus sistemi