Romada müsəlmanlar ibadət yerlərinin bağlanmasına etiraz ediblər

Romada müsəlmanlar ibadət yerlərinin bağlanmasına etiraz ediblər Dindarlar Kolizey yaxınlığında camaat namazı qılıblar
Din
21 Oktyabr , 2016 23:55
Romada müsəlmanlar ibadət yerlərinin bağlanmasına etiraz ediblər

Bakı. 21 oktyabr. REPORT.AZ/ Roma şəhərində yaşayan yüzlərlə müsəlman İtaliya hökuməti tərəfindən qanunsuz fəaliyyət göstərən ibadət yerlərinin bağlanmasına etiraz əlaməti olaraq Kolizey yaxınlığında dua ediblər.

"Report" xəbər verir ki, bu barədə cümə günü Qərb mətbuatı yazıb.

KİV-in məlumatına görə, dindarlar antik memarlıq abidəsi olan Kolizeyin yaxınlığında camaat namazı qılıblar.

Məlumatda qeyd olunur ki, İtaliyada 1,6 milyona yaxın müsəlman yaşasa da, rəsmi qeydiyyatdan keçən məscidlərin sayı nisbətdə xeyli azdır. Bu səbəbdən də dindarlar ibadət üçün evlərə və islam mədəniyyət mərkəzlərinə toplaşırlar. Lakin bəzi italiyalı siyasətçilərin iddiasına görə, bu kimi tədbirlər ölkənin müsəlman icmasında radikal əhval-ruhiyyənin artmasına gətirib çıxarır.

Son xəbərlər

Orphus sistemi