Rezident əlaqələndirici: "BMT Azərbaycanın ekstremizmə qarşı mübarizədə gördüyü işləri yüksək qiymətləndirir''

Rezident əlaqələndirici: "BMT Azərbaycanın ekstremizmə qarşı mübarizədə gördüyü işləri yüksək qiymətləndirir'' ''Ekstermizim sərhəd tanımayan bir təhdiddir. Bunun qarşısını almaq üçün birgə səylərin göstərilməsi vacibdir''.
Din
10 Dekabr , 2019 11:44
Rezident əlaqələndirici: BMT Azərbaycanın ekstremizmə qarşı mübarizədə gördüyü işləri yüksək qiymətləndirir''

''Ekstermizim sərhəd tanımayan bir təhdiddir. Bunun qarşısını almaq üçün birgə səylərin göstərilməsi vacibdir''.

''Report''un məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai "Zorakı ekstremizm ilə mübarizə" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, sülh və təhlükəsizliyin qorunması, dayanıqlı inkişafın təmin edilməsi, insan hüquqlarına hörmətin artırılması ekstremizmə qarşı mübarizədə vacib əhəmiyyət kəsb edir.

Q.İsaqzai ekstremizmə qarşı mübarizədə Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirib: ''BMT Azərbaycanın ektremizmə qarşı mübarizədə səmərəli əməkdaşlığını dəstəkləyir''.

Q.İsaqzai həmçinin Azərbaycanda dini tolerantlığın və harmoniyanın mövcud olduğu bir cəmiyyətin formalaşdığını diqqətə çatdırıb: ''Azərbaycanda dünyəvilik qorunur və ekstremizmə qarşı ciddi mübarizə aparılır''.

Son xəbərlər

Orphus sistemi