Ramin Məmmədov: Din ifadəsi terrorçuluq, separatizm, radikalizm kimi terminlərlə yanaşı istifadə olunur

Ramin Məmmədov: Din ifadəsi terrorçuluq, separatizm, radikalizm kimi terminlərlə yanaşı istifadə olunur Son illərdə, hətta ən yüksək səviyyəli beynəlxalq tədbirlərdə belə din ifadəsi terrorçuluq, separatizm, radikalizm kimi terminlərlə yanaşı istifadə olunur.
Din
5 Dekabr , 2024 14:35
Ramin Məmmədov: Din ifadəsi terrorçuluq, separatizm, radikalizm kimi terminlərlə yanaşı istifadə olunur

Son illərdə, hətta ən yüksək səviyyəli beynəlxalq tədbirlərdə belə din ifadəsi terrorçuluq, separatizm, radikalizm kimi terminlərlə yanaşı istifadə olunur.

"Report"un Şimal bürosunun məlumatına görə, bunu Xaçmazda “Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər” mövzusunda regional konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov bildirib:

O qeyd edib ki, əslində ictimai şüurda təhdid kimi qəbul edilən bu anlayışların heç birinin dinlərə aidiyyəti yoxdur:

“Din və ideoloji təhlükəsizlik bir-birinə sıx bağlı mövzulardır. Yaşadığımız dünyada baş verən hadisələrin dinamikası, qlobal təhlükəsizliyi təhdid edən problemlər, regionda cərəyan edən mürəkkəb proseslər bizi təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa sövq edir”.

Komitə sədri vurğulayıb ki, heç bir din insan həyatına, sağlamlığına qəsdi təqdir etmir, heç bir dini kitabda müharibələrin, insan faciəsi ilə nəticələnən qanlı toqquşmaların təşviqi ilə bağlı fikirlər yoxdur.

“Lakin indi dinin siyasiləşdirilməsi, hətta bəzən beynəlxalq münasibətlər sistemində ayırıcı faktor kimi dinə istinad olunması faktlarının mövcud olduğunu inkar edə bilmərik. Bu cür təşəbbüslər nəticə etibarilə dinlərin ənənəvi missiyası haqqında hamı tərəfindən qəbul olunmuş təsəvvürləri dəyişdirir”, - o deyib.

R.Məmmədov bəyan edib ki, bu mənada, tolerantlıq, multikulturalizm, inanclara, milli-mənəvi dəyərlərə, mədəni irsə hörmət kimi ali bəşəri dəyərlər üzərində qurulmuş münasibətlər sistemi Azərbaycanda milli həmrəyliyin əsas komponentini təşkil edir:

“Bizi münaqişə və ziddiyyətlərin adi həyat normasına çevrildiyi ölkələrdən fərqləndirən başlıca amil də elə bundan ibarətdir”.

Son xəbərlər

Orphus sistemi