Bakı. 4 may. REPORT.AZ/ Bu il Azərbaycanda Ramazan ayı Miladi təqvimlə mayın 27-də başlayacaq.
"Report" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı təqvimə əsasən Ramazan ayının hilalı Azərbaycan üfüqündə mayın 26-da görünəcək. Mayın 27-də Ramazan ayı başlayır.
Ramazan ayının ilk Qədr gecəsi (əhya) iyunun 13-də olacaq. Növbəti Qədr gecələri isə iyunun 15-nə, 17-nə, sonuncusu isə 21-nə təsadüf edəcək. Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.
Bu il Qurban bayramı Miladi təqvimlə sentyabrın 1-nə təsadüf edəcək.
Bu il Məhərrəm ayının 1-i Miladi təqvimlə sentyabrın 22-nə düşür. Aşura isə oktyabrın 1-də qeyd olunacaq. Oktyabrın 20-də Məhərrəm ayı başa çatır. Matəm aylarından hesab olunan səfər ayının bitməsi isə miladi təqvimlə noyabrın 19-na təsadüf edir.