QMİ rəhbərliyi ABŞ-ın Brigham Young Universitetinin nümayəndələri ilə görüşüb

QMİ rəhbərliyi ABŞ-ın Brigham Young Universitetinin nümayəndələri ilə görüşüb ABŞ-ın Yuta ştatının Provo şəhərində yerləşən nüfuzlu Brigham Young Universitetinin tələbə və müəllim heyəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və onun başçılıq etdiyi dinlərarası nümayəndə heyəti arasında görüş olub.
Din
3 Mart , 2023 07:00
QMİ rəhbərliyi ABŞ-ın Brigham Young Universitetinin nümayəndələri ilə görüşüb

ABŞ-ın Yuta ştatının Provo şəhərində yerləşən nüfuzlu Brigham Young Universitetinin tələbə və müəllim heyəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və onun başçılıq etdiyi dinlərarası nümayəndə heyəti arasında görüş olub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim tviter hesabında bildirib.

O, müzakirələrin əla keçdiyini qeyd edib.

Qeyd edək ki, QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin və Stirlinq Fondunun dəvətilə ABŞ-ın Yuta Ştatının paytaxtı Solt-Leyk-Sitidə səfərdədir.

Daha əvvəl Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Brigham Young Universitetini ziyarət edəcək, burada müəlim heyəti və “Eksperimental Dinlərarası Dialoq” auditoriyasının tələbələri qarşısında mühazirə ilə çıxış edəcəklər.

Azərbaycan nümayəndə heyəti tərkibində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Azərbaycandakı Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Azərbaycandakı Katolik icmasının rəhbəri Yepiskop Vladimir Fekete səfərdə iştirak edirlər.

Səfər sabah başa çatacaq.

Son xəbərlər

Orphus sistemi