“Bu cür və bənzər hadisələrin baş verməsi həm ziyalılar, həm də sadə vətəndaşlar tərəfindən məqbul sayılmır. Çünki illərlə oturuşmuş əxlaqi dəyərlər, adət-ənənələrimiz var ki, bu milli-mənəvi dəyərlərdən gəlib keçir. Həmin görüntülər də kişi və qadının əxlaq və dəyərləridir”.
Bunu “Report”a açıqlamasında
QMİ rəsmisi qeyd edib ki, əxlaq və tərbiyə, ilk növbədə, ailədən gəlir: “Hər insan öz ailəsinə diqqət etməlidir. Cəmiyyətdə əgər pozğunluq, əxlaqsızlıq, hər hansı fəsadlar baş alıb gedirsə, o zaman insan öz kökünə, tərbiyəsinə qayıtmalıdır. Cəmiyyətdə günahlar, fəsadlar açıq və gizli şəkildə baş verir. Açıq şəkildə görülən günahlar cəmiyyətdə qəfil ölümlərə gətirib çıxara bilər”.
O həmçinin əlavə edib ki, məktəblərə milli-mənəvi dəyərlərin təbliği güclü olmalıdır: “Kütlənin belə şəkildə əxlaqsızlığa tərəf getməsi millətin məhvi deməkdir. Əgər din insana milli-mənəvi dəyərlər aşılaya bilmirsə, deməli dinin mahiyyəti itir. Bir insan əxlaqsızlıqla məşğul olub bunu ictimaiyyələşdirirsə, bu cəmiyyətə və ətrafa böyük təsir edəcək və bu da yolverilməzdir”.