Bakı. 11 fevral. REPORT.AZ/
QMİ-dən “Report”a verilən məlumata görə, nümayəndə heyətinə idarənin sədr müavini
Azərbaycanlı zəvvarların yerləşəcəyi otellər, onların qiymətləri, eyni zamanda digər xərclərin qiymətləri ilə bağlı yaranmış anlaşılmazlığı müzakirə edəcək nümayəndə heyəti Səudiyyə Krallığının Həcc Nazirliyinin ziyarətlə bağlı protokol iclasına da qatılacaq.
Qeyd edək ki, QMİ nümayəndə heyəti bu il yanvarın əvvəlində Səudiyyə Krallğında səfərdə olub və Azərbaycandan bu il Həcc ziyarətinə sənədlərin qəbulunun elanı fevralın 1-ə gözlənilirdi. Bu ilki ziyarətin xərcləri ilə bağlı qiymətdə artım da gözlənilir.