QMİ-nin mədrəsəsində Həzrəti Məhəmməd peyğəmbərin (s) mövlud tədbiri keçirilib

Din
  • 13 dekabr, 2016
  • 15:37
QMİ-nin mədrəsəsində Həzrəti Məhəmməd peyğəmbərin (s) mövlud tədbiri keçirilib

Bakı 13 dekabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin “Şəbnəm” qızlar mədrəsəsində Həzrəti Məhəmməd peyğəmbərin (s) əbədi və əzəli xatirəsinə həsr olunmuş mövlud tədbiri keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Mövlud-ən-Nəbi tədbirləri çərçivəsində keçirilən mərasimin rəsmi hissəsini QMİ-nin sədr müavini Qəmər xanım Cavadlı açıb və bu günün Azərbaycanda tədbirlər silsiləsi şəklində qeyd olunmasını dövlət müstəqilliyimizin dindarlara bəxş etdiyi etiqad azadlığının bariz nümunəsi kimi dəyərləndirib. 

O, Azərbaycan gəncliyinin əxlaqi ənənələrə uyğun şəkildə yetişməsində İslam dininin tərbiyəvi əhəmiyyətindən danışıb: “Şəbnəm” mədrəsəsi Azərbaycanın müxtəlif yerlərindən gəlmiş qızlara milli və məzhəb ayrı-seçkiliyinə yol vermədən mükəmməl dini təhsil verməklə yanaşı, onların müstəqil həyata layiqli vətəndaş və gələcəyin ailə xanımı kimi hazırlanmasında müstəsna işlər görə bir məktəbdir".

Tədbirdə tələbə qızların ifasında Peyğəmbərə (s) həsr olunmuş şeirlər, məvalidlər, ilahilər oxunub, rəhmət duaları verilib.   

Son xəbərlər

Bütün Xəbər Lenti