QMİ Həcc ziyarətində olan azərbaycanlı zəvvarların vəziyyəti ilə bağlı açıqlama yayıb

QMİ Həcc ziyarətində olan azərbaycanlı zəvvarların vəziyyəti ilə bağlı açıqlama yayıb Bakı. 20 avqust. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətində olan azərbaycanlı zəvvarların vəziyyəti ilə bağlı açıqlama yayıb.
Din
20 Avqust , 2018 14:50
QMİ Həcc ziyarətində olan azərbaycanlı zəvvarların vəziyyəti ilə bağlı açıqlama yayıb
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc ziyarətində olan azərbaycanlı zəvvarların vəziyyəti ilə bağlı açıqlama yayıb. 

İdarədən "Report"a verilən məlumata görə, Məkkə şəhəri və ətrafında qeyri-sabit hava şəraiti ilə əlaqədar ötən gün və bu gün hazırda Məkkədə olan QMİ nümayəndələri ilə telefon əlaqəsi saxlanılıb. 

Bildirilib ki, Həcc qrupları rəhbərlərinin verdiyi məlumata görə, Azərbaycanlı zəvvarlar həcc ibadətlərini normal qaydada davam etdirir, bütün həccaclarımız sağ və salamatdır, meydana gələn qeyri-sabit hava şəraitindən həcdə olan Azərbaycan vətəndaşlarının heç biri zərər çəkməyib: "Sentyabr ayının 1-dən etibarən zəvvarlarımız əvvəlcədən müəyyənləşdirilmiş qaydada qrup-qrup Vətənə qayıtmağa başlayacaqlar". 

Son xəbərlər

Orphus sistemi