Bakı. 5 fevral. REPORT.AZ/ "Rusiyada dinlərarası gərginliyin olmaması, həm də Azərbaycandan olan müsəlmanların mövqeyi ilə bağlıdır".
“Report” xəbər verir ki, bunu fevralın 5-də Bakıda Azərbaycan Prezidenti
Onun sözlərinə görə, bu gün Rusiyada yaşayan azərbaycanlılar ölkənin həyatında - həm biznes sahəsində, həm də mədəniyyət aləmində mühüm rol oynayırlar:
"Bu gün Moskvada, ümumiyyətlə, Rusiyada sizin xalqınızın çoxsaylı övladları yaşayır. Onlar müasir Rusiyanın həyatında - həm biznes sahəsində, həm də mədəniyyət aləmində mühüm rol oynayırlar. Moskva şəhərinin müsəlman və pravoslav icmaları arasında münasibətlər də çox uğurlu və dinc şəkildə qurulur. Ulu Tanrıya şükür edirəm ki, çoxmillətli Rusiyada, ümumiyyətlə, hər hansı dinlərarası gərginlik yoxdur və bu, əlbəttə, çox cəhətdən pravoslavların dünya duyumu və onların başqa dinlərə münasibəti ilə şərtlənir. Lakin bu, həm də o cümlədən əslən Azərbaycandan olan müsəlmanların mövqeyi ilə bağlıdır. Başqa sözlə desək, bizim ölkələrimiz, xalqlarımız arasında münasibətlərdə müsbət cəhətlər çoxdur. Mən bu münasibətlərin inkişafını alqışlayıram. Hesab edirəm ki, bu münasibətlər çox cəhətdən həm Rusiya, həm Azərbaycan üçün, həm də xalqlarımız üçün vacibdir. Fikrimcə, bu münasibətlərin potensialı hələ tükənməyib. Sizi əmin etmək istəyirəm ki, Rus Pravoslav Kilsəsi tərəfindən mənim şəxsimdə, Rus Pravoslav Kilsəsinin iyerarxiyasının, o cümlədən Azərbaycandakı ruhanilərin şəxsində Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da inkişafına səmimi qəlbdən çalışan etibarlı tərəfdaşlarınız var".