Papa Fransisk: “Azərbaycan əsl tolerantlıq nümunəsidir”

Papa Fransisk: “Azərbaycan əsl tolerantlıq nümunəsidir” “Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür”.
Din
22 Fevral , 2020 23:01
Papa Fransisk: “Azərbaycan əsl tolerantlıq nümunəsidir”

“Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür”.

“Report” xəbər verir ki, bunu Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Vatinkanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı rifah içərisində yaşayır. Azərbaycanda dini icmalar arasındakı tolerant münasibətlərə toxunan Papa Fransisk bildirib ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir.

Roma Papası Heydər Əliyev Fondu tərəfindən Vatikanda həyata keçirilən təmir-bərpa işlərini qeyd etdi, Azərbaycan hökumətinə, xüsusilə də Fondun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Vurğuladı ki, Vatikan Heydər Əliyev Fondu tərəfindən burada aparılan bərpa işlərini heç vaxt yaddan çıxarmayacaq.

Çünki məhz Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunub.

Son xəbərlər

Orphus sistemi