PA-nın rəsmisi: "Müəyyən qüvvələr Azərbaycanda dini vəziyyətin gərginləşdirilməsinə cəhd ediblər"

PA-nın rəsmisi: "Müəyyən qüvvələr Azərbaycanda dini vəziyyətin gərginləşdirilməsinə cəhd ediblər" Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün bir çox müsəlman ölkələrinin problemlərinin kökündə xarici təsirlər dayanır.
Din
19 Aprel , 2018 11:59
PA-nın rəsmisi: Müəyyən qüvvələr Azərbaycanda dini vəziyyətin gərginləşdirilməsinə cəhd ediblər
PA-nın rəsmisi Ceyhun Məmmədov / Report/ Elchin Murad

Bakı. 19 aprel. REPORT.AZ/ "Bu gün bir çox müsəlman ölkələrinin problemlərinin kökündə xarici təsirlər dayanır".

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, tarixən hər hansı bir milləti, dövləti məhv etmək üçün milli, dini dəyərlər istifadə olunub və ölkədə problemlərin yaradılmasına cəhd edilib.

PA rəsmisi qeyd edib ki, zaman-zaman Azərbaycanda da kənardan müəyyən təsirlər hiss olunub: "Azərbaycanda dini vəziyyətin gərginləşdirilməsi ilə bağlı müəyyən qüvvələrin fəaliyyət göstərdiyi müşahidə olunub, ancaq dövlətin, Prezidentin həyata keçirdiyi uğurlu siyasət sayəsində bu gün biz dini sahədə irəliləyişlərə nail olmuşuq".

Son xəbərlər

Orphus sistemi