Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb Ötən il idxalla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 3888 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.
Din
23 Yanvar , 2020 16:31
Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb

"Ötən il idxalla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 3888 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb".

“Report” xəbər verir ki, bunu Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.

O bildirib ki, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 239 adda dini ədəbiyyata baxılaraq onlardan 14-nün çapı məqsədəuyğun sayılmayıb, 799 adda (648247 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.

Şöbə müdirinin sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq Dövlət Komitəsinə göndərilən 721 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılaraq onlardan 95-nin zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi