Nardaranda peyğəmbərin karikaturalarının dərcinə etiraz olaraq aksiya keçirilib - YENİLƏNİB

Nardaranda peyğəmbərin karikaturalarının dərcinə etiraz olaraq aksiya keçirilib - YENİLƏNİB Aksiyada müxtəlif şüarlar səsləndirilib
Din
21 Yanvar , 2015 15:54
Nardaranda peyğəmbərin karikaturalarının dərcinə etiraz olaraq aksiya keçirilib - YENİLƏNİB

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakının Nardaran qəsəbəsinin “İmam Hüseyn” meydanında Fransada terror aktından sonra dünyanın bir sıra nüfuzlu nəşrləri tərəfindən islam peyğəmbərinin karikaturalarını dərc etməsinə etiraz olaraq keçirilən aksiya başa çatıb.

“Report”un əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, aksiyada qəsəbə sakinləri ilə yanaşı, Bakının digər kəndlərinin də sakinləri iştirak edib. Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimov, Rövşən Əhmədli, Hikmət Vəliyev, Mehrab Əlizadə, Adil Əlizadə, Hacıağa Nuri, Mehman Məmmədov çıxış edərək peyğəmbərin karikaturasının dərcini, Qərb dövlətlərinin və ABŞ-ın müsəlmanlara qarşı yürütdüyü siyasəti pisləyiblər. Çıxış edənlər bildirib ki, müsəlmanlara qarşı haqsız münasibət davam etdikcə kütləvi etiraz aksiyaları təşkil olunacaq.

Aksiyada “Fransa islamdan qorxur!”, “İslamçılar oyaqdır, peyğəmbərə dayaqdır!”, “Zalımlara ölüm olsun!” şüarları səsləndirilib, ABŞ, İsrail, Fransa və Ermənistan bayraqları yandırılıb.

***

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakının Nardaran qəsəbəsində etiraz aksiyası keçirilir. “Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, qəsəbədəki “İmam Hüseyn” meydanında keçirilən aksiyada Ermənistan, Fransa, ABŞ və İsrailin bayraqları yerə sərilib.

Aksiya Fransada baş verən terror olaylarından sonra dünyanın bir sıra nüfuzlu nəşrlərinin islam peyğəmbərinin karikaturalarını yenidən dərc etməsinə etiraz əlaməti olaraq keçirilir.

Etiraz aksiyasında Nardaranla yanaşı Bakının digər kəndlərinin sakinləri də iştirak edir.

Aksiyada "Fransa islamdan qorxur", "Ölüm olsun zalimlərə", "Salam olsun sənə ya Rəsulullah" şüarları səsləndirilir.

Son xəbərlər

Orphus sistemi