Müxtəlif dinlərin nümayəndələri Moskvadakı Müsəlman Forumunda İŞİD təhlükəsini müzakirə edəcəklər

Müxtəlif dinlərin nümayəndələri Moskvadakı Müsəlman Forumunda İŞİD təhlükəsini müzakirə edəcəklər Forumun işində Azərbaycan, İran, Türkiyədən nümayəndələr iştirak edəcəklər
Din
10 Dekabr , 2014 10:06
Müxtəlif dinlərin nümayəndələri Moskvadakı Müsəlman Forumunda İŞİD təhlükəsini müzakirə edəcəklər
Bakı. 10 dekabr. REPORT.AZ/ Dekabr ayının 10-12-də Moskvada "Müasir dövrün tələbləri qarşısında dinin missiyası və onun davamçılarının məsuliyyəti" adlı müsəlman forumunda müxtəlif dinlərin nümayəndələri toplanacaq. Forum Yaxın Şərqdə və Cənubi Qafqazda "İslam Dövləti" təhlükəsinin müzakirəsinə həsr olunacaq. Bu barədə "Report" "İTAR-TASS"a istinadən xəbər verir.

"Forumda pravoslav kilsə, protestant, katolik, yəhudi icmalarının nümayəndələri iştirak edəcək. Din xadimləri birgə nümayiş etdirməlidir ki, inanclı insanlar bir tərəfdədilər", - konfransın təşkilatçılarından biri, Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Dəmir Muxetdinov bildirib. 

Müsəlman forumunun açılışında Rusiya Müsəlmanları Ruhani İdarəsi və Muftilər Şurasının rəhbəri Ravil Qaynutdin çıxış edəcək. Ekstremizmlə mübarizədə öz təcrübəsi ilə İran, İndoneziya, Qazaxıstan, Qətər, Polşa, Türkiyə, Özbəkistan, Azərbaycan nümayəndələri bölüşəcəklər.  

Son xəbərlər

Orphus sistemi