Allahşükür Paşazadə: "Müsəlmanları ayırmaq üçün illərdir sünni-şiə məsələsini ortaya atmağa çalışırlar"

Allahşükür Paşazadə: "Müsəlmanları ayırmaq üçün illərdir sünni-şiə məsələsini ortaya atmağa çalışırlar" "İmam Hüseyn bütün müsəlmanlar üçün müqəddəsdir"
Din
14 Sentyabr , 2017 14:31
Allahşükür Paşazadə: Müsəlmanları ayırmaq üçün illərdir sünni-şiə məsələsini ortaya atmağa çalışırlar
Report/ Orxan Əzim

Bakı. 14 sentyabr. REPORT.AZ/ "İmam Hüseyn bütün müsəlmanlar üçün müqəddəsdir". 

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, müsəlmanları ayırmaq üçün illərdir sünni-şiə məsələsini ortaya atmağa çalışırlar. Şiələr İmam Hüseynin onlara məxsus olduğunu bildirirlər, sünnilər isə başqa söz deyir. Bölgələrdəki axundlarımıza İmam Hüseynə həsr olunmuş məclislərdə oturmasını tövsiyə edirəm, çünki həmin şəxs hamımızındır. Heydər Əliyev dünyanın ən uca kürsülərindən İslamafobiyaya qarşı çıxıb. Azərbaycan Prezidenti ilk dəfə "İslam Həmrəyliyi İli" elan etdi. Konfranslar zamanı bu ilin qeyd olunmasının nə qədər böyük əhəmiyyəti olduğunu bir daha görürəm. Cari ilin sonuna kimi Türkiyədə, Naxçıvanda və başqa yerlərdə bu qəbildən olan tədbirləri davam etdirəcəyik".

Son xəbərlər

Orphus sistemi