Müqəddəs Sofiya kilsəsinə "məscid" statusu verilə bilər

Müqəddəs Sofiya kilsəsinə "məscid" statusu verilə bilər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü bildirib ki, ölkə hökuməti ziyarətini pulsuz etmək üçün İstanbuldakı Müqəddəs Sofiya kilsəsinin muzey statusunu məscidə dəyişə bilər.
Din
25 Mart , 2019 00:08
Müqəddəs Sofiya kilsəsinə məscid statusu verilə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü bildirib ki, ölkə hökuməti ziyarətini pulsuz etmək üçün İstanbuldakı Müqəddəs Sofiya kilsəsinin "muzey" statusunu "məscid"ə dəyişə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, o bunu TGRT telekanalına müsahibəsində deyib.

"Müqəddəs Sofiyanın statusu [martın 31-də keçiriləcək bələdiyyə] seçkilərindən sonra dəyişdirilə bilər. Bütün dinlərdən olan turistlər hazırda qonşuluqda yerləşən Mavi məscidə pulsuz daxil ola bilirlər. Müqəddəs Sofiya ilə də eyni şeyi etmək olar", - deyə Ərdoğan jurnalistin Türkiyə vətəndaşlarının sözügedən tarixi abidəni pulsuz ziyarət edə bilmə mümkünlüyü ilə bağlı sualına cavabında bildirib.

Hazırda muzey kimi fəaliyyət göstərən Müqəddəs Sofiya (Aya Sofiya) kilsəsinə giriş 10 dollardır. Kilsə 532 – 537-ci illərdə Bizans imperatoru Yustinyanın dövründə tikilib. 1453-cü ildən məscid kimi fəaliyyət göstərib. 1935-ci ildə isə muzey olub.

Son xəbərlər

Orphus sistemi