"İslam Qafqazda yayıldığı dövrdə İrəvan xanlığında (hazırki Ermənistan ərazisi) da məscidlər olub. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü, eyni zamanda İslama qarşı qərəzli mövqeyi bu ərazidə İslama aid mədəniyyət nümunələrinin tədricən məhvinə səbəb olub".
"Report" xəbər verir ki, bunu
O bildirib ki, hesablamalara görə Ermənistanda Azərbaycan türklərinə və İslama aid minlərlə mədəniyyət ocaqları dağıdılıb.
Dövlət Komitəsinin sədri qeyd edib ki, Qafqazda yəhudiliyin, İslamın, xristianlığın, zərdüştlüyün ilkin ocaqları var: "Azərbaycan sivilizasiyasalararası əlaqələrə önəm verir. İslamla bağlı tədqiqatların aparılması vacibdir, çünki dünyada İslamafobiya və İslamdan sui-istifadə, İslam adı altında müxtəlif terror qruplarının yaradılması halları özünü göstərir. Biz İslami dəyərləri təbliğ etməklə, İslamın əsl mahiyyətini gələcək nəsillərə çatdırmaqla həmin qrupların, dairələrin İslam adı altında müsəlman ölkələrində törətdikləri fəsadların qarşısını ala bilərik".
Qafqazda da buna çox ehtiyac olduğunu deyən M. Qurbanlı əlavə edib ki, Qafqazda bir sıra münaqişə ocaqları var: "Bu münaqişə ocaqlarında kimlərsə din adından istifadə etməyə cəhd edir. Lakin bu gün baş verən münaqişələrdə dini amil axtarmaq lazım deyil. Münaqişə ocaqlarının arxasında yalnız geopolitik maraqlar dayanır. Böyük siyasi, iqtisadi maraqları olan qrupların əməlləri dayanır. Dinin bunlara hər hansı bir təsiri yoxdur. Nə Qurani-Kərim, nə İncil, nə də Tövrat insanları savaşa çağırmır. Onlar əksinə insanları sülhə, əmin-amanlığa çağırırlar, ona görə də biz İslamın Qafqaz sivilizasiyasında yeri və rolundan danışdıqda Qafqazda yaşayan xalqların tarixini, onların mənsub olduğu dinləri dəqiq bilməliyik. Ümumi Qafqaz evi yaratmaqla - bu ideya yeni deyil, əvvəllər də mövcud olub - Qafqazda yaşayan xalqlar arasında sülhə, əmin-amanlığa nail ola bilərik. Bu da bütövlükdə Qafqazın inkişafına böyük təkan vermiş olar. Ona görə də Qafqaz evi tolerant yanaşmada, multikultural dəyərləri qorumağa xidmət edər".