Mübariz Qurbanlı: “Azərbaycanda boşanma halları çox azdır, Avropada isə 70-75 faizdir”

Mübariz Qurbanlı: “Azərbaycanda boşanma halları çox azdır, Avropada isə 70-75 faizdir” “Azərbaycanın ailə dəyərlərinə başqa xalqların ailə dəyərlərinin təsiri var”.
Din
15 May , 2019 11:53
Mübariz Qurbanlı: “Azərbaycanda boşanma halları çox azdır, Avropada isə 70-75 faizdir”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı / Report

“Azərbaycanın ailə dəyərlərinə başqa xalqların ailə dəyərlərinin təsiri var”.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Beynəlxalq Ailə günü”nə həsr edilən “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

O, Azərbaycan ailələrinin yad təsirlərdən qorunması üçün çağırış edib: “Bəzən gələcəkdə ailə institutunun tamamilə sıradan çıxacağı barədə proqnoz verirlər. Amma bu, təbii ki, düzgün proqnoz deyil. İstənilən xalqın öz ailə dəyəri var. Azərbaycanda min illərdən sonra ailə dəyərləri formalaşıb. İslam dini ailə dəyərlərinə böyük diqqət yetirir. Ümumiyyətlə, bütün səmavi kitablarda ailə müqəddəs dəyər hesab olunur. Peyğəmbərimiz bəşəriyyətə nikaha daxil olmağı tövsiyə edib”.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, ailə təkcə iki şəxsin məhəbbəti üzərində qurulan dəyər deyil: “Təsadüfi qurulan ailələrin heç bir zaman perspektivi ola bilməz. Müsəlman ölkələrində, eləcə də Azərbaycanda boşanma halları çox azdır. Avropada isə boşananların sayı nikaha daxil olanların sayından çoxdur. Elə ölkələr var ki, orada boşanma halları 70-75 faiz təşkil edir”. 

Son xəbərlər

Orphus sistemi